12:23 - 4.06.2026
4 iyun, Fineko/abc.az. Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) tərkibində fəaliyyətə başlayıb.
ABC.AZ xəbər verir ki, bunu DTX-nın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, kiber təhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kiber tədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:
"Bu istiqamət üzrə həm "cyber investigation", həm də "cyber examination" bölmələri tandemdə işləyərək kiber təhlükələrə qarşı, xüsusən APT (Advanced Persistent Threat) tipli ciddi kiber təhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur".
3 İyun 2026
3 İyun 2026