Quba rayonunun bəzi kəndlərinin adları dəyişdirildi

15:25 - 1.06.2026


1 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Məclisi Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq müvafiq qanunu imzalayıb.

Qərara əsasən, Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilib:

Vladimirovka kəndi: Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb və inzibati ərazi dairəsi bundan sonra Elbir kənd inzibati ərazi dairəsi hesab olunacaq.

Alekseyevka kəndi: Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi adlandırılıb və müvafiq olaraq inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Timiryazev kəndi: Eyni inzibati ərazi dairəsinin tərkibində yerləşən Timiryazev kəndinin adı dəyişdirilərək Bəhrəli kəndi qoyulub.