15:00 - 1.08.2026
1 avqust, Fineko/abc.az. ABŞ-nin nəhəng energetika şirkətləri "ExxonMobil" və "Chevron" 2026-cı ilin ikinci rübünə (aprel-iyun) dair maliyyə hesabatlarını açıqlayıblar. Yaxın Şərqdə gərginliyin artması və Hörmüz boğazı kimi kritik dəniz marşrutlarında neft tədarükünün zəifləməsi fonunda kəskin yüksələn qiymətlər hər iki şirkətin mənfəətini rekord həddə çatdırıb.
Şirkətlərin göstəriciləri:
ExxonMobil: İkinci rübdə xalis mənfəətini illik müqayisədə 105,1% artıraraq 14,5 milyard dollara çatdırıb (ötən ilin eyni dövründə 7,1 milyard dollar). Səhm üzrə mənfəət 1,64 dollardan 3,48 dollara yüksəlib.
Chevron: Xalis mənfəətini illik müqayisədə 384,8% artıraraq 12,1 milyard dollara çatdırıb (ötən ilin eyni dövründə 2,5 milyard dollar). Səhm üzrə mənfəət 1,45 dollardan 6,11 dollara qalxıb.