Nikol Paşinyan: "Məhdudiyyətlər qaldırılmazsa, bu, Aİİ-in sonunun başlanğıcı olacaq"

12:00 - 1.08.2026


1 avqust, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində mövcud olan problemlərə toxunub.

Paşinyan Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlərin təkcə öz ölkəsinin deyil, bütün təşkilatın problemi olduğunu bildirib: "Əslində belə çıxır ki, AİƏB iflic olub və işləmir. Məhdudiyyətlər qaldırılmazsa, bu, Aİİ-in sonunun başlanğıcı olacaq".

Xatırladaq ki, may ayının sonundan etibarən "Rosselxoznadzor" bir sıra Ermənistan mallarının Rusiyaya idxalına qadağa qoyub. Moskva bu addımı fitosanitar normalarla bağlı müvəqqəti tədbir kimi izah edir. Ermənistan Mərkəzi Bankının qiymətləndirmələrinə görə, bu məhdudiyyətlər ölkə ÜDM-nin 2%-dək azalmasına səbəb ola bilər.