11:00 - 1.08.2026
1 avqust, Fineko/abc.az. Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, bu ilin ikinci rübündə dünya mərkəzi bankları qızıl alışını rekorda — 289 tona çatdırıblar.
Qazaxıstan bu dövrdə 15 ton qızıl alaraq ən fəal alıcı ölkələrin ilk beşliyinə daxil olub.
İkinci rübdə ən çox qızıl alan ölkələr:
Polşa: +51 ton
Çin (ÇXR): +33 ton
Özbəkistan: +16 ton
Qazaxıstan: +15 ton
Çexiya və İordaniya: hərəsi +6 ton
Qızıl satan mərkəzi banklar arasında isə Rusiya (-22 ton) və Türkiyə (-4 ton) yer alıb.
WGC tərəfindən sorğu edilən ehtiyat menecerlərinin 45%-i yaxın 12 ay ərzində qızıl ehtiyatlarının artacağını gözləyir. Əsas amillər kimi aktivlərin diversifikasiyası, geopolitik və maliyyə risklərindən qorunma göstərilir.