DTA Azərbaycanın “Netflix”də tanıdılmasına 510 min manat xərcləyəcək

16:38 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədi ilə “Netflix” platformasında təbliğat xarakterli məlumatlar yerləşdirəcək.

ABC.AZ xəbər verir ki, Agentlik bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, bu məqsədlə “Netflix Ads LLC” şirkətinə 510 min manat ödəniləcək.