14:50 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri illik müqayisədə 3,8% azalaraq 279 milyon manata enib.
ABC.AZ bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gəlirlərin 61,1%-i otaqların təqdim olunmasından, 26,7%-i ictimai iaşədən, 3,2%-i müalicə və sağlamlıq, 9,0%-i isə digər xidmətlərdən formalaşıb.
Eyni zamanda, mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 21,4%-dən 19,3%-ə düşüb. Bu göstərici ən yüksək Naftalanda (41,7%), Şabranda (34,1%) və Bakıda (29,4%) qeydə alınıb.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026