10:36 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Azərbaycanda hüquqşünas azlığı problemi daim qaldırılan məsələlərdən biridir.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, əslində, hamı deyir ki, Azərbaycanda hüquqşünas çoxdur: "Amma müqayisələr göstərir ki, ölkədə hüquqşünasların sayı kifayət qədər azdır. Düzdür, burada üzərində işlənməli olan başqa problemlər də var. Bunlardan biri akademik sahə ilə bağlı məsələlərdir. Ümumiyyətlə, hüquqşünas alimlərimiz və fəal hüquqşünaslarımız elmi-pedaqoji fəaliyyətə çox maraq göstərmirlər. Bu da problemdir və mən buna çox təəssüf edirəm. Çünki xarici ölkələrdə vəziyyət belə deyil. Təbii ki, burada Vəkillər Kollegiyasının da müəyyən məsuliyyəti var. Yəqin ki, biz də vəkilləri bu istiqamətdə kifayət qədər təşviq etmirik".
O, onu narahat edən digər məsələlərdən də danışıb: "Mən 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə test üsulu ilə qəbul olunmuşdum və həmin vaxt tələbələrin təxminən 80 %-ini oğlanlar təşkil edirdi, xanımlar isə azlıqda idi. Uzun illər bu tendensiya davam edib və bu, problem kimi qiymətləndirilib. İndi isə vəziyyət dəyişib. Artıq çoxluğu xanımlar təşkil edir, kişilər isə azlıqda qalıb".
©Report
3 İyun 2026
3 İyun 2026
3 İyun 2026