Ağdamda 14 milyon manatlıq layihənin icrasına başlanılır

11:15 - 5.06.2026


5 iyun, Fineko/abc.az. Ağdam rayonunun kəndlərində su təchizatı və kanalizasiya infrastrukturunun qurulması istiqamətində növbəti layihənin icrasına başlanılır.

ABC.AZ xəbər verir ki, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ tərəfindən keçirilən tenderin nəticələrinə əsasən, Ağdam rayonunun Qərvənd və Eyvazxanbəyli kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işləri “T.T.Ş.-İnşaat” MMC-yə həvalə olunub.

Müqavilənin dəyəri 13 milyon 884 min manat təşkil edir.

Layihə Ağdam rayonunun kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin tikintisi çərçivəsində həyata keçiriləcək və yaşayış məntəqələrinin mühəndis-kommunikasiya infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək.