10:30 - 21.05.2026
21 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycana 4 ayda 658,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ABC.AZ xəbər verir ki, ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,1 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir. 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,8 faiz azalaraq 602,4 min nəfər olub.
Vətəndaşlarımızın 40,8 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox), 16,8 faizi Rusiya Federasiyasına (1,0 faiz az), 10,8 faizi Gürcüstana (7,1 faiz az), 7,9 faizi İrana (31,4 faiz az), 23,7 faizi isə digər ölkələrə (12,1 faiz az) getmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir. 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,7 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026