14:14 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 696 milyon 666 min manat xərcləyib.
ABC.AZ rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,9 % azdır.
Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 4 ay ərzində nəqliyyata 317 milyon 866 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 24,1 % azalıb.
Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə 32,5 % azalaraq 126 milyon 142 min manat təşkil edib.
Turistlər qidalanmaya 131 milyon 491 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 19,3 % azalıb.
Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər də 18,7 % azalaraq 3 milyon 969 min manat olub.
Yanvar-apreldə turizm zərfinin alınmasına isə 322 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 20 % azalıb.
3 İyun 2026
3 İyun 2026
5 İyun 2026
3 İyun 2026
3 İyun 2026