"Google" Earth xidmətindəki süni intellekt funksiyasını ləğv edib

16:51 - 3.08.2026


3 avqust, Fineko/abc.az. "Google" şirkəti "Google Earth" xidmətində təqdim etdiyi süni intellekt (Sİ) funksiyasını istifadəyə verildikdən cəmi bir gün sonra ləğv edib.

Qərara xidmət vasitəsilə saxta peyk təsvirlərinin yaradılması səbəb olub. Şirkət "Google Earth" daxilində "Nano Banana 2" adlı Sİ əsaslı vizual generatorunu istifadəçilərin ixtiyarına vermişdi. Əsas məqsəd coğrafi yaradıcılığı stimullaşdırmaq olsa da, mütəxəssislər mətn komandaları ilə işləyən bu alətin dezinformasiya yaymaq üçün istifadə edildiyini diqqətə çatdırıblar.

"Google" nümayəndələrinin bildirdiyinə görə, istifadəçilərin şirkət siyasətini pozan süni təsvirləri paylaşması müşahid olunub. Şirkət daha güclü təhlükəsizlik və nəzarət mexanizmləri hazırlayana qədər bu funksiyanı platformadan kənarlaşdırdığını açıqlayıb.