Aİ-də süni intellektdən istifadəyə dair yeni şəffaflıq qaydaları qüvvəyə minib

14:33 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Avropa İttifaqında (Aİ) süni intellekt (Sİ) vasitəsilə yaradılan və ya redaktə edilən məzmunun şəffaflığına dair yeni qaydalar rəsmən qüvvəyə minib.

Yeni tələblərə əsasən, şirkətlər istifadəçilərin insan tərəfindən hazırlanan materialları Sİ məhsulundan ayıra bilməsi üçün müvafiq kontentləri xüsusi nişanla (markalanma ilə) təmin etməlidirlər. Bu qaydalar xüsusilə dipfeyklərə (deepfake) — süni şəkildə yaradılan audio, video və təsvirlərə şamil olunur.

Aİ-nin Süni İntellekt haqqında Aktının (AI Act) tərkib hissəsi olan bu addım dezinformasiya ilə mübarizəyə yönəlib. Qaydaların pozulmasına görə şirkətlər üçün iri məbləğdə cərimələr nəzərdə tutulur.