08:07 - 4.08.2026
4 avqust, Fineko/abc.az. "Bloomberg" agentliyinin məlumatına əsasən, Belçika Yaxın Şərqdəki münaqişə səbəbindən Qətərdən gələn mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün kəsilməsindən sonra böyük ölçüdə Rusiyadan gələn LNG-dən asılı vəziyyətə düşüb.
Məlumata görə, ölkə "Yamal LNG" layihəsindən Zebbryuqge (Zeebrugge) terminalı vasitəsilə daxil olan yanacaq axınından asılılığını artırıb.
Bu vəziyyət Avropa İttifaqının 2027-ci ilə qədər Rusiya qazından tam imtina etmək planları fonunda Aİ-nin energetika baxımından həssaslığını bir daha ortaya qoyur.
Yaxın Şərqdə baş verən geosiyasi gərginlik isə Avropanın alternativ enerji mənbələrinə şaxələnmə (diversifikasiya) prosesini ciddi şəkildə çətinləşdirir.