Orta Şərqdə barışıq ümidləri neft qiymətlərini kəskin ucuzlaşdırıb

09:55 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Orta Şərqdə gərginliyin azalması və diplomatiya ümidlərinin artması fonunda qlobal bazarlarda neft qiymətləri bazar ertəsi günü kəskin düşüş nümayiş etdirib.

ABŞ Prezidenti Donald Trampın İran ilə danışıqların bazar ertəsi günü keçiriləcəyini açıqlamasından sonra "Brent" markalı xam neftin fyuçersləri 6%-dən çox ucuzlaşaraq bir barel üçün 82,41 dollara enib.

Tramp bundan əvvəl Hörmüz boğazının yenidən açılması və Tehranın nüvə proqramı ilə bağlı münaqişənin həllini nəzərdə tutan sazişin əldə olunması məqsədilə İrana planlaşdırılan hərbi zərbəni təxirə salındığını bəyan etmişdi.