Husilər Qırmızı dənizdə gəmilərdən rüsum almağı planlaşdırır

21:52 - 29.07.2026


29 iyul, Fineko/abc.az. Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) kommersiya gəmilərindən Qırmızı dənizin cənub akvatoriyasından tranzit keçidə görə ödəniş alınması imkanını araşdırır. Bu barədə  Reuters məlumat yayıb.

Agentliyin mənbələrinə görə, təşəbbüsün tətbiqi üçün konkret müddətlər hələ müəyyən edilməyib. Hərəkat strateji əhəmiyyətli bu ərazidən keçən gəmilərə şamil oluna biləcək mexanizm üzərində işləyir.

Qeyd edək ki, dəniz marşrutlarında vəziyyət husilərin Səna hava limanına hücuma cavab olaraq Səudiyyə Ərəbistanına blokada tətbiq etməsindən sonra kəskinləşib. Daha sonra Səudiyyə gəmiləri üçün Bab əl-Məndəb boğazının bağlanması kommersiya gəmiçiliyinin həcminin 56% azalmasına səbəb olub.