21:33 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Neftin dünya qiymətlərinin artması yanacaq idxalından tam asılı olan Şri-Lankaya təzyiqi artırır.
Dövlətə məxsus Ceylon Petroleum Corporation şirkətinin rəhbəri bildirib ki, ayın əvvəlindən dizelin qiyməti 45%, benzinin qiyməti isə 30% artıb.
Vəziyyəti El-Ninyo hadisəsi nəticəsində yaranan quraqlıq səbəbindən su elektrik enerjisi istehsalının azalması daha da çətinləşdirib. Bu isə elektrik istehsalı üçün yanacaq sərfiyyatının artmasına səbəb olub. Hakimiyyət yanacaq istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirir və daha əvvəl enerji resurslarının tədarükü üçün Rusiyaya müraciət edib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026