21:36 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Avropa Komissiyası Avropa İttifaqı əhalisinin tədricən azalacağını və yaşlıların payının artacağını proqnozlaşdırır.
Hesabata görə, Aİ əhalisi 2026-cı ildəki 450,6 milyon nəfərdən əsrin sonuna qədər 398,8 milyon nəfərə enəcək.
Eyni zamanda ömür uzunluğu artacaq: 80 yaşdan yuxarı insanların payı hazırkı 6%-dən 2100-cü ilə qədər 15%-ə çata bilər. Brüsseldə qeyd edirlər ki, demoqrafik dəyişikliklər iqtisadiyyat və əmək bazarı üçün çağırışlar yaratsa da, eyni zamanda tibb, texnologiyalar və “uzunömürlülük iqtisadiyyatı”nın inkişafı üçün yeni imkanlar açacaq.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026