İranın neft satışları son 4 ayda 11 milyard dolları ötüb

11:09 - 27.07.2026


27 iyul, Fineko/abc.az. İran Neft Nazirliyi ölkənin neft ixracı gəlirləri ilə bağlı rəsmi bəyanat yayıb.

 Bəyanatda bildirilir ki, 21 mart – 22 iyul tarixlərini əhatə edən 4 aylıq dövrdə İranın neft satışının həcmi 11 milyard dolları aşıb.

Nazirlik əvvəlki ilin müvafiq dövrü üzrə müqayisəli göstəriciləri açıqlamasa da, 22 dekabr 2025 – 20 mart 2026-cı il tarixləri arasında neft satışından təxminən 8 milyard dollar gəlir əldə olunduğunu qeyd edib.

Rəsmi açıqlama ölkədə valyuta ehtiyatlarının azalması və İran iqtisadiyyatının Neft Nazirliyinin fəaliyyəti səbəbindən böhranla üz-üzə qalması barədə iddialara yanıt olaraq verilib.

Məlumat üçün bildirək ki, hərbi gərginlikdən və Oman dənizindəki dəniz məhdudiyyətlərindən əvvəlki illərdə İranın illik neft gəlirləri 50–60 milyard dollar civarında qiymətləndirilirdi.