İran Ermənistana yeni ticarət modeli və qaz tranzit dəhlizinin yaradılmasını təklif edib

22:00 - 25.07.2026


25 iyul, Fineko/abc.az. İran İsalm Respublikası Ermənistanla enerji sahəsində tərəfdaşlıq formatını yeniləməyi və təbii qaz tədarükünün həcmini artırmaq üçün yeni ticarət modelinə keçməyi təklif edib.

Tehranda İranın neft naziri Möhsün Paknejad və Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan arasında keçirilən görüşün yekunlarına əsasən, tərəflər birgə ixtisaslaşdırılmış işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Yeni təşəbbüs çərçivəsində yalnız Ermənistan bazarının qazla təminatı deyil, həm də mövcud boru kəməri infrastrukturunun auditi və onun Ermənistan ərazisindən regional tranzit dəhlizi kimi istifadə olunması imkanlarının qiymətləndirilməsi planlaşdırılır. Hazırda iki ölkə arasında enerji mübadiləsi "Elektrik enerjisi müqabilində qaz" svop razılaşması üzrə həyata keçirilir.