Avropa Rusiya qazından imtina etdikdən sonra ABŞ-dan asılılıqdan narahatdır

08:00 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Avropa İttifaqı ölkələri Rusiya enerjisindən imtina etdikdən sonra ABŞ-dan həddindən artıq asılı vəziyyətə düşməkdən ciddi narahatlıq keçirirlər.

"The New York Times" qəzetinin yazdığına görə, hazırda ABŞ tədarükçüləri Avropanın durulaşdırılmış təbii qaz (LNG) idxalının təqribən ikidə birini (3/2 hissəsini) təmin edirlər və bu payın onilliyin sonuna qədər 80%-ə çatacağı gözlənilir.

Nəşr qeyd edir ki, bu vəziyyət Avropanın müdafiə və energetika sahəsinin rəhbərləri arasında güclü təşviş yaradıb. Avropalı liderlər hesab edirlər ki, Rusiya qazından imtina edilməsi Vaşinqtona regionun daxili energetika siyasətinə təsir göstərmək üçün kəskin rıçaqlar və təzyiq imkanları qazandırır.