21:42 - 27.07.2026
27 iyul, Fineko/abc.az. "KPMG" beynəlxalq audit və konsaltinq şirkətinin "Qlobal Texnologiya Hesabatı 2026: Sənaye İstehsalı" tədqiqatının nəticələrinə əsasən, sənaye sektorundakı rəhbərlərin 87%-i qabaqcıl texnologiyaların rəqabət üstünlüyü təmin edəcəyinə inanır, 49%-i isə süni intellekt və ağıllı texnologiyalardan artıq əhəmiyyətli maliyyə mənfəəti əldə etdiyini bildirir.
22 ölkədən 258 texnologiya liderinin iştirak etdiyi sorğuda respondentlərin 76%-i rəqəmsal texnologiyalara 50 milyon dollardan çox investisiya yatırdığını, 68%-i isə önümüzdəki bir il ərzində süni intellekti müəssisə dərəcəsində tam tətbiq etməyi hədəflədiyini qeyd edib.
"KPMG Türkiyə"nin nümayəndəsi Hande Şenova vurğulayıb ki, sənaye istehsalı sektoru sürətli transformasiya dövrünü yaşayır və şirkətlər mürəkkəb məlumatların inteqrasiyası və kibertəhlükəsizlik risklərinə baxmayaraq, rəqəmsal texnologiyalara sərmayə qoymaqda qərarlıdırlar.
27 İyul 2026