Dövlət büdcəsinin ehtiyat fondundan 6 ayda 121 milyon manat xərclənib

15:17 - 27.07.2026


27 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında bəzi xərclərin maliyyə təminatı üçün dövlət büdcəsinin ehtiyat fondundan isə 121 milyon manat vəsait istifadə olunub.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin birinci yarısı ilə müqayisədə 113,8 milyon manat və ya 16,8 dəfə çoxdur.

Xatırladaq ki, ötən ilin ilk yarısında dövlət büdcəsində əvvəlcədən nəzərdə tutulmamış bəzi tədbir və xərclərin maliyyə təminatı üçün dövlət büdcəsinin ehtiyat fondundan isə 7,2 milyon manat vəsait istifadə olunmuşdu.

Bundan başqa, hesabat dövründə bəzi xərclərin maliyyə təminatı üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 23,5 milyon manat vəsait istifadə olunub ki, bu da, ötən ilin ilk yarısı ilə müqayisədə 11,1 milyon manat və ya 89,5% çoxdur.