11:48 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 52,4 %-i və yaxud 8 milyard 787,1 milyon manatı sosialyönlü xərclər olub.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 951,3 milyon manat və yaxud 12,1 % çoxdur.
Söhbət əməyin ödənişi qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclərdən gedir.