14:23 - 27.07.2026
27 iyul, Fineko/abc.az. "Morgan Stanley" investisiya bankının strateqləri ABŞ fond bazarında investorların diqqətinin kəskin şəkildə dəyişdiyini bildiriblər.
Təhlilçilərin fikrincə, birjada əsas diqqət şirkətlərin sərbəst pul axını (Free Cash Flow) yaratmaq gücünə və mənfəət marjasını genişləndirmək imkanlarına yönəlir ki, bu da yüksək keyfiyyətli hissələrə ("quality stocks") tələbatı kəskin artırır.
Yaxın Şərqdə gərginliyin yüksəlməsi və ya ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftəki iclasında gözlənilmədən faiz dərəcələrini qaldırması bazarda qısamüddətli korreksiyaya gətirib çıxara bilsə də, portfellərin keyfiyyətli aktivlərə doğru yenidən bölüşdürülməsi indekslərin davamlılığını dəstəkləyəcək.
S&P 500 indeksində 7.000 bənd səviyyəsi güclü texniki dəstək zonası kimi qiymətləndirilir. Eyni zamanda, süni intellekt (AI) sektorunda da strateji rotasiya müşahid olunur: texnologiyanı öz əməliyyatlarına inteqrasiya edərək mənfəətini artıran "AI tətbiqçisi" şirkətlərin yaxın dövrdə çip istehsalçılarını və bulud provayderlərini geridə qoyacağı proqnozlaşdırılır.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026