15:43 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Çinin süni intellekt startapı DeepSeek investorların gözləntilərinə baxmayaraq, ikinci maliyyələşmə mərhələsini müvəqqəti dayandırıb.
Bu barədə Bloomberg məlumat yayıb. Şirkət razılaşmanın daha sonra bərpa oluna biləcəyini istisna etmir.
Mənbələrin bildirdiyinə görə, qərar birinci maliyyələşmə mərhələsindən sonra təsisçi Lyan Venfenin məxfi açıqlamalarının sızdırılması ilə bağlıdır. Həmin mərhələdə şirkət $7 milyard vəsait cəlb etmişdi. DeepSeek yaxın illərdə mümkün IPO-ya hazırlığı davam etdirir.