Dövlət büdcəsindən satınalmalara 6 ayda 2 milyard 324,6 milyon manat xərclənib

15:08 - 27.07.2026


27 iyul, Fineko/abc.az. 2026-cı ilin ilk altı ayında dövlət büdcəsindən malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 2 milyard 324,6 milyon manat xərclənib.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında bildirilir.

2025-ci ilin yanvar-iyun aylarında malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 1 milyard 591,1 milyon manat icra edilmişdi.