09:36 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Ötən gün müşahidə olunan enişdən sonra cümə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti artmaqdadır.
Saat 09:25-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersinin dəyəri 0,40 dollar (0,42%) artaraq bir barel üçün 95,43 dollar təşkil edib. 4 iyun tarixində keçirilən ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti 2,78 dollar (2,84%) azalaraq bir barel üçün 95,03 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersinin qiyməti isə saat 09:25-ə qədər 0,03 dollar (0,03%) artaraq bir barel üçün 93,07 dollar olub. 4 iyun ticarətinin yekununda bu müqavilənin qiyməti 2,98 dollar (3,10%) ucuzlaşaraq bir barel üçün 93,04 dollara enmişdi.
3 İyun 2026
3 İyun 2026
3 İyun 2026