Naxçıvanda maaş 2,2 faiz artıb

14:45 - 15.05.2026


15 may, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 835 manat təşkil edib.

ABC.AZ Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.

Xatırladaq ki, 3 ayda Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% artaraq 1 152 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.