10:30 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası"nın təsdiq edilməsi haqqında yeni qərar imzalayıb.
Təsdiqlənmiş Qaydaya əsasən, sığortalının sığortaçıda qeydə alınan uçot məlumatlarının siyahısı müəyyən edilib.
Sığortalının uçot məlumatlarına aşağıdakılar daxildir:
Sığortalının adı, hüquqi və faktiki ünvanı, əlaqə nömrəsi;
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və verilmə tarixi;
Sığortalıya münasibətdə icbari sığortanın təmin edilməsinin Fond tərəfindən həyata keçirilməsinə başlandığı tarix;
Sığortalının yenidən təşkili və ləğv edilməsi tarixləri barədə məlumatlar;
Sığorta haqları üzrə büdcə ilinin əvvəlinə hesablanmış, ödənilmiş və qalıq (olduğu halda) məbləğlər;
Artıq ödənilmiş sığorta haqqı və bu məbləğin Fond tərəfindən qaytarılmış hissəsi;
Yenidən təşkil nəticəsində hüquqi varis kimi müəyyən edilmiş yeni sığortalıya (sığortalılara) transfer olunan ödənilmiş sığorta haqlarının məbləği barədə məlumatlar.