11:59 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Enerji nəhəngi BP, İran savaşı zamanı emal və ticarət əməliyyatlarının kəskin artması fonunda son 4 ildən çox müddətin ən yüksək rüblük mənfəətini əldə etdiyini bəyan edib.
Şirkətin açıqladığı hesabata əsasən, ikinci rübdə dəqiqləşdirilmiş xalis mənfəət keçən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 5,73 milyard dollara çatıb. Bu göstərici analitiklərin 5,01 milyard dollarlıq orta proqnozunu üstələyib.
Yaxın Şərqdəki münaqişələr və qlobal ticarət zəncirindəki axsamalar xam neftlə müqayisədə yanacaq qiymətlərini daha kəskin artıraraq neftayırma marjalarını yüksəldib və bu konyunkturadan yararlanan şirkət bərpa olunan təbii qaz üzrə ixtisaslaşmış "Archaea Energy" bölməsinin satışı prosesinə start verib.
Şirkətin bu rekord mənfəəti fonunda investorlar və analitiklər xərclərin azaldılması, borcların ixtisarı və portfelin optimallaşdırılması strategiyasının uzunmüddətli dövrdə səhmdarlar üçün nə dərəcədə davamlı qazanc və rəqabətədavamlı dəyər təmin edəcəyini diqqətlə izləyirlər.