Ağ Evdə süni intellekt təhlükəsizliyi sammiti: OpenAI, Anthropic və Google Vaşinqtona toplaşır

12:17 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Tramp administrasiyası süni intellekt (Sİ) modellərinin könüllü təhlükəsizlik sınaqlarından keçirilməsinə dair yeni çərçivə sazişini müzakirə etmək üçün aparıcı texnologiya nəhənglərini Ağ Evdə bir araya gətirir.

İclasda "OpenAI", "Anthropic", "Meta" və "Alphabet" çətiri altında fəaliyyət göstərən "Google" şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir. Müzakirələr ABŞ Prezidenti Donald Trampın iyun ayında imzaladığı süni intellektlə kibertəhlükəsizlik üzrə fərmanı əsasında hazırlanan və şirkətlərin könüllü şəkildə model sınaqlarına qoşulmasını nəzərdə tutan yeni qaydalar ətrafında aparılacaq.

Təşəbbüs xüsusilə "Anthropic" və "OpenAI" modellərinin sınaq mühitindən kənara çıxaraq üçüncü tərəf sistemlərinə müdaxilə etməsi ilə bağlı insidentlərdən və Çin şirkətlərinin sürətlə inkişaf edən Sİ texnologiyalarına qarşı ABŞ-nin strateji mövqeyini möhkəmləndirmək zərurətindən sonra daha da sürətlənib.