12:16 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) təqdim etdiyi göstəricilərə əsasən, 2026-cı ilin yanvar-iyun aylarında sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 34,9 milyon manat sığorta haqqı toplanıb, 19 milyon manat sığorta ödənişi həyata keçirilib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə KASKO sığortası üzrə yığımlar 4% və ya 1,4 milyon manat artaraq 33,5 milyon manatdan 34,9 milyon manata yüksəlib.
Müvafiq dövrdə sığorta ödənişlərində də kəskin artım müşahid olunub. Belə ki, bu sığorta növü üzrə ödənişlər illik müqayisədə 35,4% və ya 5 milyon manat artaraq 14 milyon manatdan 19 milyon manata çatıb.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026