10:16 - 3.08.2026
3 avqust, Fineko/abc.az. OPEC+ alyansı avqustun 2-də keçirilən iclasında sentyabr ayından etibarən gündəlik neft hasilatı kvotasını təxminən 188 min barel artırmağı təsdiqləyib.
Açıqlanan qərardan sonra alyans ölkələri növbəti addımları müzakirə etmək üçün hasilatın gələcək artımını müvəqqəti olaraq dayandıracaq.
Cari il ərzində OPEC+-un yeddi əsas iştirakçısı — Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan və Oman aylıq hasilat kvotalarını mərhələli şəkildə artırmağa davam edib.