06:00 - 3.08.2026
3 avqust, Fineko/abc.az. Çin Dövlət Şurası ümumi investisiya həcmi 170 milyard yuanı (25,2 milyard dollar) ötən 4 nüvə energetikası layihəsi çərçivəsində 8 yeni reaktorun inşasını təsdiqləyib.
Çinin dövlət mediasının məlumatına görə, təsdiqlənən layihələr çərçivəsində Çjezsyan, Quanдун, Lyaonin və Şandun əyalətlərinin hər birində 2 yeni nüvə enerji bloku tikiləcək.
Əsas göstəricilər:
Keçmiş təcrübə: Çin 2025-ci ildə də ümumi dəyəri təxminən 200 milyard yuan olan 10 yeni nüvə blokunun tikintisinə icazə vermişdi.
Dünya liderliyi: 2026-cı ilin aprel ayı vəziyyətinə olan sahə hesabatına əsasən, Çin istismarda olan 60 reaktor və tikintisi davam edən 36 reaktor ilə ümumi 125 qVt-lıq gücə çataraq dünyada birinci yerə yüksəlib.