Türkiyə və İraq arasında neft sazişi imzalanıb — Ceyhana gündəlik 750 min barel neft axacaq

09:00 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar İraqın Neft Naziri Bəsim Məhəmməd Hudeeyir ilə keçirdiyi görüşün ardından iki ölkə arasında yeni neft sazişinin imzalandığını elan edib.

Türkiyənin BOTAŞ şirkəti ilə İraqın dövlət neft şirkətləri SOMO və NOC arasında imzalanan 1 illik müqavilə İraq-Türkiyə xam neft kəmərinin səmərəli istifadəsini nəzərdə tutur.

Əsas məqamlar:

  • Ötürmə həcmi: Müqavilə çərçivəsində İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə dünya bazarlarına çatdırılması üçün gündəlik 750 min barellik tranzit nəqli təmin ediləcək.

  • Uzunmüddətli hədəf: Yarım əsrə yaxındır fəaliyyət göstərən bu strateji enerji dəhlizi üzrə daha uzunmüddətli əməkdaşlıq sazişinin hazırlanması istiqamətində işlər davam etdirilir.

  • Geosiyasi əhəmiyyəti: Nazir Bayraktar bu xəttin regional və qlobal enerji təhlükəsizliyi baxımından strateji mövqeyini vurğulayaraq, məqsədin təkcə İraqın deyil, regionun digər enerji resurslarının da Ceyhan vasitəsilə dünya pazarına çıxarılması olduğunu bildirib.