10:32 - 27.07.2026
27 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərə 84,8 milyon manat vəsait ödənilib.
Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon manat və yaxud 5,8 % çoxdur.