"Databricks" "Microsoft" ilə strateji tərəfdaşlığını 2030-cu illərədək uzadıb 

20:45 - 24.07.2026


24 iyul, Fineko/abc.az. San-Fransiskoda yerləşən məlumat analitikası və süni intellekt nəhəngi "Databricks" "Microsoft" şirkəti ilə strateji tərəfdaşlığını 2030-cu illərədək uzatdığını elan edib. 

Razılaşmaya əsasən, şirkət öz daxili əməliyyatlarını və analitik proseslərini aparmaq üçün "Azure" bulud platformasından, eləcə də "Microsoft"un xüsusi "Azure Cobalt" mikrosxemlərindən istifadəsini genişləndirəcək. 

Öz növbəsində "Microsoft" "Databricks"in "Genie" kimi süni intellekt alətlərini öz proqram təminatlarına inteqrasiya etməyə davam edəcək. 

Ötən həftə dəyəri 188 milyard dollara çatan "Databricks"in platformasından "Fortune 500" siyahısındakı şirkətlərin 70%-i də daxil olmaqla, dünyada 20 mindən çox təşkilat istifadə edir.