"Intel"in gəliri 2026-cı ilin II rübündə 25% artıb

12:11 - 24.07.2026


24 iyul, Fineko/abc.az. ABŞ-ın çip istehsalçısı "Intel" 2026-cı ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb. Şirkətin gəliri illik müqayisədə 25% artaraq 16,1 milyard dollara yüksəlib (ötən ilin eyni dövründə 12,9 milyard dollar).

Üçüncü rübdə gəlirin 15,8–16,8 milyard dollar aralığında olacağı gözlənilir.

Xalis zərər 11 milyard dollar (hissə başına 2,16 dollar zərər) təşkil etsə də, birdəfəlik maddələr çıxılmaqla düzəldilmiş hissə başı mənfəət 42 sent olub.

"Intel"in baş icraçı direktoru (CEO) Lip-Bu Tan süni intellekt texnologiyalarına olan güclü tələbatın bu artıma təkan verdiyini və bunun son 15 ildən çox müddətdə qeydə alınan ən yüksək gəlir artımı olduğunu bildirib.