"Alphabet"in ikinci rübdə xalis mənfəəti 4 dəfə artaraq 112,1 milyard dollara çatıb

11:14 - 23.07.2026


23 iyul, Fineko/abc.az. "Google"ın ana şirkəti "Alphabet" 2026-cı ilin II rübünə dair maliyyə hesabatını açıqlayıb.

Şirkətin gəlirləri illik müqayisədə 24% artaraq 119,8 milyard dollara, xalis mənfəəti isə 298% yüksələrək 112,1 milyard dollara çatıb.

Süni intellektə artan tələbat sayəsində "Google Cloud" gəlirləri 82% artaraq 24,8 milyard dollar təşkil edib, "Gemini" tətbiqinin aylıq aktiv istifadəçi sayı isə 950 milyona çatıb.

Bununla yanaşı, şirkətin bu il üçün kapital xərcləri proqnozunu 200 milyard dollara qaldırması bazar bağlandıqdan sonra səhmlərin 5%-dək ucuzlaşmasına səbəb olub.