09:00 - 27.07.2026
27 iyul, Fineko/abc.az. ABŞ Kongresinin aşağı palatası 2027-ci maliyyə ili üçün 1,15 trilyon dollar həcmində hərbi maliyyələşdirmə haqqında qanun layihəsini dəstəkləyib. Qanun layihəsinin lehinə 216, əleyhinə isə 212 konqresmen səs verib.
Təsdiqlənmiş sənəd baxılması üçün Senata göndərilib və burada qəbul edilməsi üçün ən azı 60 senatorun dəstəyi tələb olunur.
Əsas hərbi büdcədən əlavə, Nümayəndələr Palatası 95 milyard dollar məbləğində əlavə təxsisat paketini də bəyənib. Bu vəsaitin 73 milyard dolları İrana qarşı keçirilən hərbi əməliyyatların maliyyələşdirilməsinə yönəldiləcək.