10:30 - 22.07.2026
22 iyul, Fineko/abc.az Bu ilin I yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin eyni dövrünə nisbətən 380 milyon manat və yaxud 10,2 % artaraq 4 milyard manatı keçib.
Bu barədə Fonddan bildirilib.
Məlumata görə, yanvar-iyun aylarında xərclərin 97 %-ni əhaliyə ödənişlər təşkil edib.