Azərbaycanda ictimai iaşə dövriyyəsi 4 ayda 864,9 milyon manat təşkil edib

15:28 - 20.05.2026


20 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 864,9 milyon manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,8% artıb.

Hesablamalardan məlum olur ki, bu il restoranlarda  gündəli orta hesabla 7 milyon 208 min manat pul xərclənib. Ötən ilin yanvar-aprel aylarında bu məbləğ 6 milyon 367 min manat idi. Yəni bu il orta restoranlarda gündəlik orta hesabla 841 min manat daha çox pul xərclənib.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,1 faizi hüquqi şəxslərin, 49,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 430,6 milyon manat olub.