12:11 - 2.03.2018
2 mart, Fineko/abc.az. Azərbaycan şərab ixracını genişləndirmək niyyətindədir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib ki, 2017-ci ildə, şərab ixracının həcmi, 2016-cı ilin göstəricisi ilə müqayisədə, 67% artaraq 6 milyon dollara çatıb.
“Əlbəttə, bu böyük rəqəm deyil, lakin nəzərə alsaq ki, ixracın genişləndirilməsi üçün müxtəlif alətlərdən istifadə etməyi planlaşdırırıq, bu hələ başlanğıcdır. Belə ki, 2017-ci ildə İqtisadiyyat Nazirliyi ixracın təşviq edilməsi üçün 3 milyon manat həcmində sənədlər təqdim edib, onlardan 60%-i şərab ixracatçılarına ayrılıb. Həmçinin biz, bir il ərzində Çində, əsasən, şərab üzrə ixtisaslaşacaq Azərbaycan ticarət evi açmağı planlaşdırırıq. Bütün yerli istehsalçılar və ixracatçılar öz məhsullarını ən rəqabətli şərab bazarına - Çin bazarına ixrac edə biləcəklər”, - R.Məmmədov belə deyib.
Onun sözlərinə görə, yerli istehsalçılar və ixracatçılar, bu təşviq vasitələrindən istifadə edərək, öz məhsullarını digər bazarlara ixrac edə biləcək, xüsusilə də ixracı Avropa bazarlarına genişləndirə biləcəklər.