17:23 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Avro Bölgəsində İyul ayı üzrə kompozit Satınalma Menecerləri İndeksi (PMI) 52 bəndə yüksələrək son 8 ayın ən yüksək səviyyəsinə çatb. S&P Global tərəfindən açıqlanan göstərici İyun ayındakı 50 bəndlik səviyyəni və bazarın 51,9 bəndlik gözləntisini üstələyib.
Eyni zamanda, xidmət sektoru üzrə PMI göstəricisi də İyundakı 49,4 bənddən 51,7 bəndə yüksələrək son 5 ayın maksimumuna çatıb və 51,6 bəndlik proqnozları geridə qoyub.
Açıqlanan göstəricilər Avro Bölgəsində inflyasiyanın zəifləməsi fonunda istehsalat və yeni sifarişlərin həcmində artım olduğunu göstərir. Qeyd edək ki, PMI indeksində 50 bənddən yuxarı göstəricilər sektorda böyüməni, 50-dən aşağı göstəricilər isə tənəzzülü ifadə edir.