15:17 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Türkiyənin "TAV Airports" holdinqi Almata Beynəlxalq Hava Limanının qalan 15%-lik səhm paketini "VPE Capital" şirkəti tərəfindən idarə olunan "Kazakhstan Infrastructure Fund"dan ("Baiterek" холдинqinin törəməsi olan QIC) 133 milyon ABŞ dollarına satın almaq barədə razılığa gəlib. Sövdələşmə başa çatdıqdan sonra "TAV Airports" hava limanının tək sahibi (100%) olacaq.
Holdinqdən bildirilib ki, Almata hava limanı sabit əməliyyat nəticələri göstərməkdə davam edir və Mərkəzi Asiyanın aparıcı aviasiya habı kimi strateji mövqeyini möhkəmləndirir.
İlin sonunadək bir sərnişinə düşən tariflərin mərhələli şəkildə artırılması planlaşdırılır. Bu addım aviasiya yanacağının satış həcminin azalması səbəbindən gəlirlərdə yaranan enməni əhəmiyyətli dərəcədə kompensasiya etməlidir.
30 İyul 2026
29 İyul 2026