11:28 - 30.07.2026
30 iyul, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 275,9 milyon manat məbləğində vəsait istifadə edilib.
ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 6 ayda 1 971,9 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilib, habelə 200 milyon manat məbləğində dövlət istiqrazları daxili maliyyə bazarında yerləşdirilib.
30 İyul 2026
29 İyul 2026