"EY": Hörmüz boğazı açılmasa, Böyük Britaniya iqtisadiyyatı resessiyaya uğrayacaq

16:03 - 5.08.2026


5 avqust, Fineko/abc.az. "EY" (Ernst & Young) konsaltinq şirkəti xəbərdarlıq edib ki, Hörmüz boğazı gələn ilin ortalarınadək gəmiçilik üçün yenidən açılmazsa, Böyük Britaniya iqtisadiyyatı 2027-ci ildə resessiyaya uğrayacaq.

Bu ssenariyə əsasən, boğazın uzunmüddətli qapanması fondunda ölkədə inflyasiyanın 2026-cı ilin sonunadək 6,4%-ə yüksələcəyi gözlənilir. Boğazın yaxın iki ay ərzində açılacağı təqdirdə isə inflyasiya pik həddini bu il 3,5% səviyyəsində tamamlayacaq.

"EY UK"nin baş iqtisadçısı Piter Arnold bildirib ki, boğazın yaxın aylarda açılması Böyük Britaniyaya kəskin iqtisadi tənəzzüldən yayınmağa imkan verəcək, lakin məhdudiyyətlərin 2027-ci ilə qədər uzanması inflyasiyanı artıracaq və gələn il iqtisadi kiçilməyə təkkan verəcək.