10:17 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Rusiyanın "Rosatom" dövlət korporasiyasının tərkibinə daxil olan "Fesco" loqistika şirkəti Qara dəniz vasitəsilə yük daşımaları üçün yeni müraciətlərin qəbulunu müvəqqəti olaraq dayandırıb. Şirkətdən bildirilib ki, bu qərar təhlükəsizlik riskləri nəzərə alınaraq və alternativ həll yolları tapılanadək qüvvədə qalacaq.
Məhdudiyyətə "Fesco"ya məxsus "Yanina" konteyner gəmisinin avqustun 1-də Qara dənizdə, Novorossiysk limanından 240 km aralıda pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalaraq batması səbəb olub. Hindistan, BƏƏ və Novorossiysk marşrutu üzrə mülki yüklər (dondurulmuş qida, tikinti materialları) daşıyan 13 min tonluq gəminin 17 nəfərlik heyətinin tamamı xilas edilib.
Hazırda şirkət müştərilərin və heyətin təhlükəsizliyini təmin etmək üçün alternativ logistik marşrutlar üzərində işləyir.