18:00 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Amerika Birləşmiş Ştatları viza girovı proqramını daimi əsaslara keçirərək onun əhatə dairəsini 50 ölkənin vətəndaşlarına qədər genişləndirib. Qərar biznes və turizm (B-1/B-2) vizalarına şamil olunur.
Girovun məbləği konsulluq tərəfindən fərdi qaydada müəyyən edilir və 20 min dollara çata bilər. Şəxs ABŞ ərazisini vaxtında tərk etdikdə, vizadan istifadə etmədikdə və ya ölkəyə girişinə imtina verildikdə ödənilən məbləğ tam qaytarılır. Miqrasiya rejiminin pozulduğu təqdirdə girov dövlət xeyrinə tutulur.
Siyahıya Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, habelə Əlcəzair, Anqola, Banqladeş, Venesuela, Kamboca, Monqolustan, Nepal, Nikaraqua və digər dövlətlər daxil edilib. Qazaxıstan bu siyahıda yer almayıb. Dövlət Departamentindən bildirilib ki, proqramın pilon layihəsi dövründə bu ölkələrin vətəndaşlarına verilən vizaların sayı 83% azalıb.